Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Əbu-Dabidə üçtərəfli danışıqları "konstruktiv və mürəkkəb iş" kimi səciyyələndirib.
Yenizaman Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında bildirib,
Qeyd edək ki, fevralın 4-də BƏƏ-nin paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qrupları arasında danışıqların növbəti raundunun birinci günü olub. Danışıqların birinci raundu da yanvarın 23-24-də Əbu-Dabidə baş tutmuşdu, fevralın 1-nə planlaşdırılan görüş isə fevralın 4-5-nə təxirə salınmışdı.
.
