Cenevrədə müzakirə olunacaq məsələlərin dairəsi, o cümlədən ərazi məsələləri Əbu-Dabidəkindən daha geniş olacaq.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O qeyd edib ki, məhz buna görə də Vladimir Medinskinin qarşıdan gələn danışıqlarda iştirakı vacibdir.
Peskov Cenevrədə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibində prezidentin köməkçisi Vladimir Medinski ilə yanaşı xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) İqor Kostyukov və digər rəsmi şəxslərin olacağını söyləyib.
Kremlin sözçüsü Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ ilə iqtisadi əməkdaşlıq üzrə işçi qrupu çərçivəsində təmaslar üçün Cenevrəyə uçacağını də bildirib.
O,Rusiya nümayəndə heyətinin Ukrayna danışıqları üçün Cenevrəyə yola düşməzdən əvvəl prezidentdən ətraflı təlimatlar aldığını əlavə edib.
.
