Pekin Nəqliyyat Universitetinin kampusu ərazisindəki tələbə laboratoriyasının binasında partlayış baş verib.

"Sina" nəşri xəbər verir ki, ölən və yaralananlar barədə məlumat yoxdur.

Bildirilir ki, hadisə Bakı vaxtı ilə 05:30-da elmi tədqiqat zamanı olub. Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb edilib, partlayışın səbəbləri araşdırılır.

Daha əvvəl Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub.
.