"Telegram" messencerinin yaradıcısı Pavel Durovun saxlanma müddəti daha 48 saat uzadılıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
Belə ki, o, kibercinayətlə bağlı istintaq çərçivəsində daha 48 saata qədər polis nəzarətində qalacaq.
Qeyd edək ki, Durov şənbə günü həbs edilib və ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.