Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Baş katibi Alen Berse ilə telefon danışığında Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.

Yerli KİV-lər xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistanın Avropa Şurası ilə əməkdaşlığını da müzakirə ediblər.

.