Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan KİV-i xəbər verir ki, o, bunu İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, səfərin əsasında Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gəlir.

.