Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Bolu vilayətindəki istirahət mərkəzində baş verən faciə ilə bağlı başsağlığı verib.
Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Boluda yerləşən xizək kurortunda baş vermiş faciə şokedicidir. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmasını arzulayıram”, – Ermənistan hökumətinin başçısı qeyd edib.
Qeyd edək ki, Türkiyədə xizəkçilik mərkəzindəki yanğında 76 nəfər ölüb, ölkədə bir günlük matəm elan olunub.
.