
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstyanın saxlanılması əməliyyatı və onunla bağlı cinayət işi üzrə axtarışlarda iştirak edən əməliyyatçıların təltif olunacağını açıqlayıb.
Yenizaman-ın “Armenia-Today” portalına istinadən xəbərinə görə, bu barədə onun özü hökumətin iclasında bildirib.
Erməni baş nazir, həmçinin, sözügedən məsələni prezident Vaaqn Xaçaturyanla da müzakirə etdiyini açıqlayıb.
.