Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün MDB Hökumət Başçıları Şurasının Aşqabaddakı toplantısında iştirak etməyib.

Yenizaman-ın TASS-a istinadən xəbərinə görə, onun əvəzinə iclasa Belarusdakı səfir Razmik Xumaryan qatılıb.

Bir qədər əvvəl rəsmi İrəvanın açıqlamasında bu tədbirə Baş nazirin müavini Mqer Qriqoryanın gedəcəyi bildirilib.

Qeyd edək ki, son günlər Ermənistan inteqrativ formatlardakı bir sıra görüşlərdə iştirakdan yayınır.

.