
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.
Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində bildirib.
"Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistanın qanunlarına uyğun olmadığına qərar versə, mənim şəxsi mövqeyim bundan ibarətdir ki, konstitusiyaya dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcəyəm, çünki hesab edirəm ki, sülh sazişi bağlamaq fürsətini əldən vermək olmaz", - o qeyd edib.
.