“Mən gürcü həmkarıma Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ətrafındakı son hadisələr barədə məlumatlandırdım”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib.
Paşinyan sözügedən prosesin növbəti mərhələsinin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə məntəqəsinin yaxınlığından başlanılması barədə razılıq əldə olunduğunu Kobaxidzenin diqqətinə çatdırdığını qeyd edib.
.