Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koeni qəbul edib.

Yenizaman-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Paşinyan özünün “Telegram” kanalında yazıb.

Görüşdə ABŞ MKİ ilə Ermənistanın müvafiq strukturları arasında əməkdaşlıq müzakirə olunub. Bundan başqa, Ermənistan-ABŞ həm ikitərəfli, həm də beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib.

.