Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Panama kanalı üzərində nəzarəti bərpa etmək planları ilə bağlı bəyanatlarına cavab olaraq təşkilata şikayət göndərib.

Bu barədə Yenizaman “Figaro” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Panama BMT-nin Baş katibi Antonio Quterreşə göndərilən məktubda Trampın onlara məxsus kanala sahib olmaq niyyətindən narahatlığını ifadə edib.

"Müraciətimizi BMT Təhlükəsizlik Şurasının 15 üzvünə çatdırmağınızı xahiş edirik", - məktubda qeyd edilib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Panama kanalı ölkə hökumətinin nəzarəti altında qalacaq.

.