Pakistanın Bəlucistan əyalətində avtobus yoldan çıxaraq qəza törədib.
Yenizaman “Daily Pakistan”a istinadən xəbər verir ki, nəticədə azı 28 insan həlak olub, 20-yə yaxın insan isə yaralanıb.
Ölənlərin arasında qadın və uşaqlar da var.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.
Qəzanın baş verməsinə səbəb avtobusunun təkərinin partlaması göstərilib.
.