Pakistanda terrorçulara qarşı uğurlu əməliyyat gerçəkləşdirilib.
İki gün əvvəl 72 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra irimiqyaslı anti-terror əməliyyatlarına başlayan təhlükəsizlik əməkdaşları, azı 200 nəfəri saxlayıb.Ümumilikdə 5 mindən çox sakinin ifadəsinin alındığı bildirilir. Pəncab əyalətində aparılan axtarışlar zamanı xeyli sayda silah-sursat və partlyıcı maddələr aşkarlanıb. Xatırladaq ki, ötən bazar günü Lahor şəhərində təşkil olunan hücumun ardından baş nazir Nəvaz Şərif irimiqyaslı anti-terror əməliyyatlarının başladılacağını bəyan etmişdi. Onun sözlərinə görə, terrorçuların son düşərgəsi məhv edilənə qədər bu istiqamətdə lazım olan bütün addımlar atılacaq.
Onu da bildirək ki, iki gün əvvəl Lunaparkda törədilən terror aktı zamanı aralarında uşaqların da olduğu 72 nəfər həyatını itirmiş, 25-i ağır olmaqla 340-dan çox insan yaralanmışdı.
atv.az
.
