
Nə gözəl haldır ki, bu gün Azərbaycanın Müstəqillik Gününü bir yerdə qeyd edirik.
Bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Pakistan Baş naziri bildirib ki, həm də bu gün 28 may 1998-ci ildə Pakistan nüvə dövlətinə çevrilib: “Bu səbəbdən bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox böyük şərəfdir. Mən səmimi qəlbdən əziz qardaşım Prezident İlham Əliyevi və azərbaycanlı qardaşlarımızı təbrik edirəm”.
.