Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığın inkişafında misli görünməmiş sürət nümayiş etdirir.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ahror Burhanov sosial şəbəkələrdə yazıb.

"Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ilə görüşməkdən məmnunam. Azərbaycan Xarici İşlər Nazirliyində qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm", - o yazıb.

A.Burhanov vurğulayıb ki, Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında misli görünməmiş temp nümayiş etdirir: "Bu prosesin bir hissəsi olmağımızla qürur duyuruq və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün bütün səylərimizi davam etdirəcəyik".

.