Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, yanvarın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 8 qumbara, 1 qumbaraatan, 1 mərmi, 1 alışdırıcı, 38 tüfəng, 43 patron darağı və 785 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

.