
Rusiya və ya hər hansı bir ölkənin hərbi bazalarının Suriyada qalıb-qalmaması məsələsi iki tərəf arasında həll edilməlidir.
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu prosesə üçüncü ölkələrin qarışması Suriyada yaşanan köhnə çətinliklərin başqa formada təzahürü olacaq.
.