“Yalan xəbərdir, Rəmiş sağdır”.

Bu sözləri məşhur gitaraçı, Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova Baku.ws-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq belə yalan xəbərlərdən beziblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Rəmiş kimi tanınan Rafiq Hüseynovun ölüm xəbəri yayılıb.

Xatırladaq ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ildə Ağdamın Gülablı kəndində doğulub.

 

.