Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Bu barədə  Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Hadisə yerinə agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

.