Macarıstanın Baş naziri Viktor Orbanın Kiyevə səfəri günü Rusiya və Macarıstanın xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 2-də Macarıstan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri P.Siyarto arasında telefon danışığı olub.

Nazirlər Ukrayna böhranını müzakirə ediblər və “Kiyevin ölkədə yaşayan bütün milli azlıqların hüquqlarını qeyd-şərtsiz təmin etməsinin” zəruriliyini qeyd ediblər", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

O da bildirilib ki, Rusiya-Macarıstan siyasi dialoqu rəsmi Budapeşt tərəfindən yüksək qiymətləndirilib.

.