Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi yolun yarısında geri qayıtmaq göstərişi alıb.

İsrailin 12-ci telekanalının məlumatına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinə geri dönür.

Hadisənin səbəbləri və təyyarənin hansı reysə aid olduğu barədə hələlik əlavə məlumat verilməyib.

Qeyd edək ki, bu gün Dubaydan Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib. Hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib, qaçırılma kodu aktivləşdirilib.

.