Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Ukraynadakı münaqişənin həlli üçün hər hansı addım atacağını gözləmək sadəcə olaraq qeyri-realdır, lakin yanvarın 20-də andiçmə mərasimindən sonra ilk 24 saat ərzində müəyyən qərarlar verilə bilər.
Bunu Budapeştdə ilin yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban deyib.
Viktor Orban əlavə edib ki, Ukraynadakı münaqişənin həlli Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvinə gətirib çıxarmalıdır.
.