Donald Tramp ABŞ-nin Prezidenti olsaydı, Ukraynada bir gün ərzində atəşkəsə nail olub, danışıqlar prosesini başlayardı.

Bunu Macarıstanın Baş naziri Viktor Orban “Il Giornale”a müsahibəsində bildirib.

O deyib ki, Avropa İttifaqının bu münaqişədəki strategiyası hətta taktiki cəhətdən belə iflasa uğrayıb:

“Biz başa düşməliyik ki, odla oynayırıq. Vətəndaşlarımız siyasi oyuna çevrilən müharibə yox, yalnız sülh istəyir”, – Orban fikirlərini yekunlaşdırıb.

.