Macarıstan enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görəcək.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orbanın sözlərinə görə, hökumət Ukraynanın enerji obyektlərinin fəaliyyətini pozmağa cəhd edə biləcəyindən ehtiyat edir.

“Ölkəmizin həyati əhəmiyyətli enerji infrastrukturu obyektlərinin mühafizəsinin gücləndirilməsi barədə göstəriş vermişəm”,- o, “Facebook” sosial şəbəkəsində yazıb.

Orban “Drujba” neft kəməri ilə tranzitin dayandırılmasına görə Ukraynanı yenidən tənqid atəşinə tutub.

“Lakin onlar bununla kifayətlənməyəcəklər: Macarıstanın enerji sisteminin fəaliyyətini pozmaq məqsədilə digər addımlar hazırlayırlar”, - Macarıstanın Baş naziri bildirib.

.