Macarıstanın Baş naziri Viktor Orban Avropada tənəzzül erası ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Viktor Orban dördüncü dəfə seçildiyi Baş nazir postuna andiçmə mərasimində çdeyib.

O, Brüsseli gücdən sui-istifadə etməkdə, ölkələrin suverenliyinə təzyiq göstərməkdə ittiham edib. Lakin bu ittihamına baxmayaraq, o bildirib ki, Macarıstanın yeri növbəti onillikdə Avropa İttifaqındadır.

Baş nazir qeyd edib ki, Macarıstanın enerji təhlükəsizliyi üçün risk yaratmadığı müddətcə, onun ölkəsi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına mane olmayacaq: “Müharibə və buna cavab olaraq verilən Avropa sanksiyaları siyasəti enerji böhranı yaradıb. Enerji böhranı və ABŞ-dakı faiz artımı birlikdə yüksək inflyasiya dövrünü gətirib. Bütün bunlar Avropada iqtisadi hasilatın azalması, durğunluq və hasilatın cüzi artımlarının bir-birini izləyəcəyi tənəzzül dövrünü gətirəcək”.

Baş nazir Ukraynada davam edən müharibəyə də toxunub. O, müharibənin uzun müddət davam edəcəyini və Macarıstan üçün daimi təhlükəsizliyə təhlükə yaradacağını əlavə edib.

.