Şimal-Cənub dəhlizi boyunca əhəmiyyətli nəticələr əldə edilib.

"Bunu Bakıda keçirilən MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının plenar iclası zamanı “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran dəmir yolu işçilərinin intensiv işi nəticəsində Moskvadan İranın Bendarabas limanına orta tranzit müddətini iki il ərzində 27 gündən 16 günə endirib.

"İranla birləşən bu dəhliz boyunca konteyner daşımaları həm qərb, həm də şərq marşrutlarında artmaqda davam edir. Məsələn, son 10 ay ərzində Astara üzərindən qərb marşrutu üzrə 6558 konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58,3% artım deməkdir. Bu rəqəm yalnız Rusiya yüklərini əks etdirir. Qazaxıstan, Çin və qonşu ölkələrdən daşımalar da artıb", - Oleq Belozyorov qeyd edib.

.