Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Orxan Qurbanov saxlanılıb.

Saxlanılan şəxs zərərçəkmişə “Zil” markalı yük avtomobili alıb verəcəyi vədi ilə aldadaraq onun 3500 manat pulunu və 1500 manat dəyərində olan köhnə nəqliyyat vasitəsini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

.