Milli Məclisin deputatı Novruzəli Aslanov dekabrın 18-də İsmayıllı rayonunun Topçu kəndində vətəndaşları qəbul edib.
Millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. Bu isə rayon sakinlərində inam və etibarın artmasına səbəb olan amil kimi çıxış edir. Topçu kəndində keçirilən qəbul zamanı kənd sakinlərini narahat edən məsələlər müzakirə olunub. Sakinlər kəndin bir hissəsində mavi yanacağın olduğunu, digər hissəsində isə olmadığını deputatın diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu da əsasən qış aylarında əlavə çətinliklərə zəmin yaradır. Bu məsələ aidiyyəti üzrə qeydə alınıb və problemlə bağlı əlaqədar təşkilatlara müraciət ediləcəyi bildirilib. Novruzəli Aslanov qaldırılan bütün digər məsələlərin qeydə alındığını və onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini sakinlərin diqqətinə çatdırıb. Həmçinin görüşdə kənd sakinlərini narahat edən digər problemlər və fərdi müraciətlər də deputat tərəfindən dinlənilib.
Qəbulda iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri onlara və ümumilikdə İsmayıllı rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
.