Bu il qlobal qaz tələbatı 2,8-6% azalacaq, 2021-ci ildə isə dünya iqtisadiyyatının bərpası qaz sənayesinin zərərlərini ödəyə bilməyəcək.

Rusiya mətbuatı verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Nazir hesab edir ki, qaz enerji transformasiyasının ayrılmaz hissəsi olaraq qalacaq və qlobal enerji balansındakı payını 2050-ci ilədək 27%-ə çatdıracaq.

Bununla yanaşı, mayeləşdirilmiş təbii qazın (LNG) qlobal ticarəti 2020-ci ildə yalnız 3-3,5% artacaq, LNG istehsal müəssisələrinin istismara verilməsi sürəti isə yavaşlayacaq və bazarda LNG tədarükü azalacaq.

Novakın sözlərinə görə, tələbatın mümkün canlanması və yeni layihələrin başlanması fonunda 2021-ci ildə LNG satışlarının 7-7,5% artacağı istisna deyil. Gələcəkdə yeni xammal idxalçılarının meydana gəlməsi səbəbindən artım 3,5-5,5%-dək sürətlənə bilər ki, bu da 2025-ci ilədək qlobal qaz istehlakının artırılmasına kömək edəcək.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görtə, 2020-ci ildə qlobal qaz tələbatı 4% azalacaq (150 mlrd. kubmetr).

.