Niderland Rumıniyaya simvolik qiymətə 18 ədəd F-16 qırıcı təyyarəsi satıb.

Yenizaman “The Economic Times” portalına istinadən xəbər verir ki, qırıcıların qiyməti 1 avro həcmində dəyərləndirilib.

Onların Rumıniyada fəaliyyət göstərən və ukraynalı hərbi pilotların hazırlığını həyat keçirən Təlim Mərkəzində istifadə olunacağı bildirilib.

Qeyd olunub ki, hazırda Rumıniyanın Hərbi Hava Qüvvələrinin sərəncamında olan F-16-ların sayı 70 ədəd təşkil edir.

 

.