Fransa PSJ-sinin futbolçusu Neymar komandanı tərk etmək fikrində deyil.
"Report" "Telefoot" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu paytaxt təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəyir.
28 yaşlı forvard artıq bununla bağlı klub rəhbərliyini məlumatlanıdırıb. Amma hələlik ona yeni sözləşmə təklif olunmayıb.
Qeyd edək ki, Neymarın PSJ ilə 2022-ci ilin yayınadək müqaviləsi var. Təcrübəli futbolçu cari mövsüm meydana çıxdığı 6 oyunda 2 qol vurub.

.