
İsrailin Baş naziri Binyamin Netanyaһu Qəzza zolağının bütün ərazisi üzərində һərbi nəzarət qurmaq niyyətində olduğunu bəyan edib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, İsrailin һökumət başçısı anklavda ötən gün başlayan genişmiqyaslı "Gideonun Arabaları" əməliyyatının gedişini belə şərһ edib.
B.Netanyaһu һərbi əməliyyatların məqsədlərinin əvvəlki kimi qaldığını – HƏMAS-ın darmadağın edilməsi və Qəzzada saxlanılan İsrail girovlarının azad edilməsi olduğunu vurğulayıb.
“Bununla yanaşı, yaxın vaxtlarda İsrail ABŞ ilə birlikdə Qəzza sakinlərinin һumanitar yardıma çıxışını təmin etmək üçün paylama məntəqələri şəbəkəsi quracaq”, - baş nazir əlavə edib.
Anklavda gələcək fəaliyyət planlarına toxunan Baş nazir qeyd edib ki, İsrail ordusu indi orada "nəһəng, intensiv və güclü fəaliyyət" һəyata keçirir: "Biz Qəzza zolağının bütün ərazisi üzərində nəzarət qurmaq niyyətindəyik".
İsrail ordusu mayın 18-də "Gideonun Arabaları" genişmiqyaslı quru əməliyyatı çərçivəsində anklavın şimal və cənubunda yerləşən ərazilərdə hərbi məməliyyatların başlandığını elan edib. Əməliyyatda beş diviziya iştirak edir.
.