
İsrailin Baş naziri Binyamin Netanyahunun vəkili məhkəməyə müraciət edərək onu korrupsiya işi üzrə dinləmələr çərçivəsində iki həftə müddətinə ifadə verməkdən azad etməyi xahiş edib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Vəkil ifadə vermənin təxirə salınmasının zəruriliyini İranla gərginlik və digər regional hadisələr fonunda hökumət başçısının bütün vaxtını siyasi və təhlükəsizlik məsələlərinin həllinə, o cümlədən orada saxlanılan girovların azad edilməsi probleminə həsr etməli olması ilə izah edib.
B.Netanyahunun müdafiəçisi ehtimal edib ki, bunun əvəzində məhkəmə bu iş üzrə digər şahidlərin ifadələrini dinləməyə daha çox vaxt ayıra bilər.
Qeyd edək ki, 2019-cu il noyabrın 21-də İsrailin baş prokuroru B.Netanyahuya qarşı rüşvətxorluq, dələduzluq və ictimai etimaddan sui-istifadə ittihamlarının irəli sürülməsi ilə bağlı qərarı açıqlayıb. Baş nazir bütün ittihamları dəfələrlə rədd edib.
.