![](/uploads/img/posts/2023/05/01/gfpng-1682951109.png)
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə formada qalmasının sirrini açıqlayıb.
40 yaşlı aktrisa jurnalların birinə müsahibəsində fit görünüşdə olmasını həyatından qlüteni çıxarmaqla əlaqələndirib. O, illərdir çörək yemədiyini deyib:
“Un istifadə etmirəm. Çörək mənim həyatımda yoxdur. Sonuncu dəfə nə vaxt makaron yediyimi xatırlamıram. Hətta yeməməyə o qədər öyrəşmişəm ki, un tərkibli nəsə yeyəndə dərhal narahat oluram”.