Nepalın mərkəzi hissəsində sərnişin avtobusu çaya düşüb, 18 nəfər ölüb.

Bu barədə The Kathmandu Post qəzeti məlumat yayıb.

Avtobusun naməlum səbəbdən Trişuli çayına düşdüyü qeyd edilib.

Avtobusda 35-dən çox sərnişin olub. Ölənlərin sayı 18 nəfərə çatıb. 25 yaralı xəstəxanaya çatdırılıb.

.