ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası öz siqnallarında Ukrayna böhranının həlli üçün Rusiyaya hələlik maraqlı heç nə təklif etməyib.

TASS xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Bunlar nəyəsə hazır olmaqla bağlı aydın olmayan siqnallarıdır. Ancaq indiyə qədər ABŞ-nin yeni administrasiyasından gələn siqnallar bunun bizim üçün maraqlı olacağını göstərmir”, - diplomat deyib.

O əlavə edib ki, son vaxtlar Ukrayna tərəfi də razılaşmaların əldə olunmasında maraqlıdır.

.