“Globe Soccer Awards European Edition”ın qalibləri müəyyənləşib.

 PSJ-nin hücumçusu Klian Mbappe Avropada mövsümün ən yaxşı futbolçusu seçilib.

İlin ən yaxşı məşqçisi “Bayer”in çalışdırıcısı Xabi Alonso olub.

“Mançester Siti” isə ən yaxşı komanda kimi mükafatlandırılıb. Avropada ilin ən yaxşı qadın klubu nominasiyasında isə “Barselona” qalib olub.

“Bavariya”nın forvardı Hari Keyn mövsümdə 44 oyunda vurduğu 45 qol sayəsində ilin bombardiri mükafatına sahib çıxıb.

İlin kəşfi “Atalanta”, ilin inkişaf etməkdə olan oyunçusu mükafatına isə “Barselona”nın futbolçusu Lamine Yamal layiq görülüb.

.