Dünyanın “Demokratiya sammitlərinə” ehtiyacı yoxdur.
Bunu bu gün keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, rəsmi Pekin hesab edir ki, bu cür tədbirlər nifaq və qarşıdurma yaradır:
“Müasir dünyanın demokratiyanın təmin edilməsi üçün nəzərdə tutulan, lakin əslində nifaq və qarşıdurma toxumu səpən zirvə toplantılarına ehtiyacı yoxdur”.
XİN rəsmisi onu da əlavə edib ki, hazırkı dövrdə dünyanın ehtiyacı olan şey, demokratiyanı qorumaq bəhanəsi ilə başqa ölkələrin işlərinə qarışmaq deyil, əsl demokratiyanı tətbiq etmək, beynəlxalq münasibətlərdə demokratiyanı inkişaf etdirmək üçün birgə çalışmaqdır.
.