Bu ilin dövlət büdcəsində yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında əksini tapıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirmək tapşırılıb.

.