Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.
Nazirlər Kabinetindən verilən xəbərə görə, büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim ediləcək.
Baş nazir: Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq
Dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaq.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.
“Dövlət başçısının tapşırığına əsasən, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsi hər zaman olduğu kimi diqqət mərkəzində olacaq”, - Baş nazir diqqətə çatdırıb.
Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir
Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.
Baş nazir bildirib ki, tədbirin Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəyinə əmindir:
“Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”.
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya yaxın günlərdə qəbul ediləcək.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.
“Yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur”, - deyə Baş nazir qeyd edib.
Əli Əsədov: "Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir"
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını keçib.
Bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"Bu göstərici cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun (ÜDM) 100 %-i deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir.
Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Bu il sentyabrın 1-nə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5%-ni təşkil edib", - deyə o qeyd edib.
İndiyə qədər Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlanıb
2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.
Bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir", - o qeyd edib.
.