Naxçıvanda bir neçə vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Babək rayon sakini Məmmədbağır Babayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
.