
Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının növbəti iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsi müzakirə olunub.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə MR Baş nazirinin 20 may tarixli təklifi Ali Məclisə daxil olub. Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında Ali Məclisin qərarı oxunub və səsə qoyularaq qəbul edilib.
.