NATO ölkələri hərbi xərclərini artırmalıdır. Müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazırlaşmaqdır.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bu gün Brüsseldə NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasının açılışında bildirib.

"Müharibənin qarşısını almaq üçün biz ona hazırlaşmalı, müdafiə xərclərini və müdafiə istehsalını artırmaqla müdafiəmizi daha da gücləndirməliyik", - o qeyd edib.

.