"NATO Baş katibi postunda kimin məni əvəz edəcəyi ilə bağlı tövsiyə vermək mənə düşməz".
Bunu NATO Baş katibi Yens Stoltenberq "German Press Ageny" ilə müsahibəsində deyib.
“Mark dostumuzdur və çox təcrübəli bir Baş nazirdir. Ancaq məni bu postda kimin əvəz etməsi ilə bağlı tövsiyə vermək mənə düşməz", - Stoltenberq gələn ilin payızında NATO-nun Baş katibi postundan ayrıldıqdan sonra onu Niderlandın Baş naziri Mark Ruttenin əvəz etməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
Stoltenberq müsahibəsində gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın seçiləcəyi təqdirdə ABŞ-NATO münasibətləri barədə də danışıb.
“ABŞ prezident seçkilərində kimin seçilməyindən asılı olmayaraq, ABŞ Transatlantik tərəfdaşlığa sadiq qalacaq. NATO ABŞ-ı daha təhlükəsiz və güclü edir. Nə Rusiya, nə də Çinin ABŞ-ın NATO ilə birgə sahib olduğu ilə müqayisə edilə biləcək imkanları var”, - o əlavə edib.
.
