“Əminliklə deyə bilərik ki, ilin sonuna qədər Ukraynaya hərbi dəstəyin həcmi 50 milyard dolları aşacaq”.

Bunu NATO-nun baş katibi Mark Rutte mətbuata açıqlamasında deyib.

Rutte bildirib ki, Ukraynaya dəstək potensial atəşkəsdən sonra Rusiyaya qarşı çəkindiricilik yaratmaq üçün vacibdir.

NATO lideri qəbul edilmiş bəyannamə ilə bağlı danışarkən ifadə edib ki, 5%-lik hərbi xərc planının 3.5%-ni əsas hərbi sahələrə investisiya, yerdə qalan 1.5%-ni isə ikinci dərəcəli hərbi sahələrə ayırılacaq məbləğ təşkil edir.

NATO nizamnaməsinin 5-ci maddəsinin effektivliyini şərh edən Rutte, bu maddənin sözsüz ki, qüvvədə olduğunu, lakin hansı situasiyalarda istifadə olunacağını mətbuatla bölüşməyəcəyini deyib. Buna səbəb kimi isə, “rəqiblərimizin bizdən ağıllı rəftar etməyini istəmirik” fikrini əsas gətirib.

.