
Ukrayna Təhlükəsizlik Xidmətinin “Pautina” xüsusi əməliyyatı nəticəsində Rusiya aerodromlarında vurulan 41 hərbi təyyarədən dinc əhaliyə hücumlarda istifadə edilib.
NATO-nun baş katibi Mark Rütte Ukrayna Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi əməliyyata münasibət bildirərkən belə deyib.
O bildirib ki, bu faktor Ukraynanın müttəfiqləri tərəfindən nəzərə alınmalıdır.
Baş katib həmin hadisənin rəsmi Moskva ilə danışıqlara təsirini dəyərləndirərkən vurğulayıb ki, tərəfdaşlar rəsmi Kiyevin sülh danışıqlarında əlverişli mövqeyə malik olmasını arzulayır:
“Biz bu münaqişənin uzunmüddətli həll yolunu tapmasını istəyirik”.
.