
“ABŞ-ın İrana zərbələri heç bir şəkildə beynəlxalq hüquqa zidd deyil”.
Bunu NATO-nun baş katibi Mark Rutte alyansın Haaqada keçirilən sammiti çərçivəsindəki mətbuat konfransında deyib.
“Mən ABŞ-nin zərbəsinin beynəlxaq hüquq pozuntusu olduğunu hesab etmirəm”, - Rutte bildirib.
Onun sözlərinə görə, NATO İranın nüvə silahı hazırlamasının qarşısını almaq niyyətindədir:
"NATO-nun İranın nüvə proqramı ilə bağlı mövqeyinə gəldikdə, müttəfiqlər çoxdan razılaşıblar ki, İran nüvə silahı yaratmamalıdır. Biz əmin olmalıyıq ki, bu, nəinki yaxın gələcəkdə, həm də üç, beş, yeddi ildən sonra baş verməyəcək", - Rutte qeyd edib.
.