NATO Baltik dənizində sualtı kritik infrastrukturun zədələnməsi ilə bağlı son hadisələrlə əlaqədar onun hövzəsində iştirakını artıracaq.

Yenizaman "İnterfaks"a istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal bu gün Tallində keçirdiyi mətbuat konfransında deyib.

O, Estoniya ilə Finlandiya arasındakı “Est Link 2” elektrik kabelini zədələməkdə şübhəli bilinən, Kuk adalarında qeydiyyatdan keçmiş “Eagle S” tankerini saxlayan Finlandiyanın hərəkətlərindən məmnunluğunu ifadə edib. Finlandiya gömrüyünün məlumatına görə, tanker Rusiyanın "kölgə donanması"na məxsusdur.

Dekabrın 25-də Estoniyanın elektrik və qaz təchizatı şəbəkələrinin operatoru olan “Elering” şirkəti “EstLink 2” sabit cərəyan kabelinin qəza nəticəsində sıradan çıxdığını bildirib. Növbəti gün Finlandiya sualtı elektrik kabelini zədələməkdə şübhəli bilinən və Kuk adaları bayrağı altında üzən “Eagle S” neft tankerini saxlayıb.

Helsinki Polis Departamentinin rəhbərliyi altında ibtidai araşdırma başlanılıb.

.